Seyran Məmmədova yüksək vəzifə verildi

 

İqtisadiyyat Nazirliyinə məxsus "Bakı Biznes Mərkəzi" MMC-nin keçmiş direktoru Seyran Məmmədova yeni vəzifə verilib.

O, əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi təyin olunub.

Nazirlikdən faktı təsdiq ediblər.

Xatırladaq ki, S.Məmmədov "Bakı Biznes Mərkəzi"nə 15 il rəhbərlik edib və ötən ay bu vəzifəni tərk edib. /"Report"

05.04.2025 12:37
683