Seymur Adıgözəlov faciəvi şəkildə öldü

Sumqayıt şəhərində 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Musavat.com report-a istinadən xəbər verir ki, hadisə "Qurd dərəsi" yaşayış massivində qeydə alınıb.

1962-ci il təvəllüdlü Semur Dadaş oğlu Adıgözəlov öz yaşadığı evdə müşahidə kamerası quraşdırmaq üçün ikinci mərtəbəyə çıxıb. Hündürlükdən yıxılan Seymur Adıgözəlov hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokuroluğunda araşdırma aparılır.

 

04.01.2024 17:33
2488