“Sevincimdən bir gün ağlamışam”

Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizin universitetə qəbul olunmasından danışıb.

Bununla bağlı sənətçi "DreamFest"də jurnalistlərin suallarını cavablandırarkən söz açıb.

Xanbabayeva deyib ki, sevincindən göz yaşlarını saxlaya bilməyib:

"Hər bir valideyn üçün böyük bir fəxrdir, bizim uğurumuzdur. Özü istədiyi fakültəyə qəbul olundu. Onu çox istəyirdi. Arzumuz yerinə yetdi. Mən sizə deyim, sevincimdən bir gün ağlamışam".

Qeyd edək ki, Dəniz ADA Universitetinə daxil olub.//Olay.az

30.07.2024 22:07
1788