Sevil Əliyevanın oğlu evləndi

Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin toyu olub. Toy şənliyi dünən axşam Cea Breeze-də yerləşən restoranlardan birində baş tutub.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, mərasimdə dövlət başçısının ailə üzvləri, Azər Əliyevin yaxın qohumları və dostları iştirak edib.

Qeyd edək ki, toy mərasimi ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilməyib.

 

21.06.2025 23:14
11813