Sevgilisinin pullarını başqa kişiyə xərcləyən qadının SONU

Aldadıldığını düşünərək sevgilisinin həyatına son qoydu.

Ramal özünə aid olan idman zalında həmişəki kimi məşq edirdi. Kənardan baxanda onun həyatında hər şey qaydasında görünürdü.

Belə ki, özünə aid biznesi və həyatında son vaxtlar münasibətdə olduğu Ülviyyə adlı xanım da var idi. Amma Ramalın həyatında normal olmayan hadisə son vaxtlar Ülviyyənin ona davamlı olaraq zəng vurması və pul istəməsi idi.

Günlərin bir günü Ülviyyə yenidən Ramala zəng edir və telefonda ona deyir ki, rəfiqəsinin atası xəstəxanadadır, ona təcili pul lazımdır. Cavabında Ramal "narahat olma, gəlirəm" deyir.

Ramal yolda olarkən Ülviyyə yenidən ona zəng edir və "pulu tapıb rəfiqəmə verdim, sadəcə səni görmək istəyirəm" deyir.

Onlar görüşürlər və Ramal onunla heç nə olmamış kimi davranır.

Elə həmin gün Ramal Ülviyyəni şəhərdə restoranlardan birinə aparır.

Ramal Ülviyyənin əlindən tutub onu sevdiyini və hər gecə onun üçün darıxdığını deyir. Ülviyyə isə ona "səni sevən bu sevgilini borc içində qoyma" deyir. Ramal əhvalını pozmadan arxa cibindən pulu çıxarıb Ülviyyəyə uzadır. Ülviyyə pulu götürüb Ramala "sevgilim, səni sevirəm" deyir.

Ramal yenə də ona gülümsəyir və işlə əlaqəli telefonla danışacağını deyərək masa arxasından durur.

Ramal Ülviyyəni kənardan izləyir və görür ki, o, kiməsə mesaj yazır. Ülviyyənin bu hərəkəti Ramalın içindəki şübhələri daha da artırır və o qərara gəlir ki, bu gün məsələni aydınlaşdırsın və pulların hara getdiyini mütləq öyrənsin.

Onlar gecəni birlikdə keçirəcəkləri hotelə gəlirlər. Hotel otağında Ramal Ülviyyəni öpməyə başlayanda o, hamama tərəf gedir.

Telefonun stolun üstündə qaldığını görən Ramal fürsətdən istifadə edərək orada "ondan pul alacağam, canım, narahat olma! Pul sənə çatdı, səni sevirəm" kimi mesajlar oxuyur.

Ülviyyə Ramalla cinsi əlaqədə olacaqlarını düşünürdü, amma otağa keçən kimi Ramal qapını bağlayır və ona "sən fahişəsən" deyir. Çünki mənim sənə verdiyim bütün pulları sevgilinə veribsən.

Ülviyyə nə baş verdiyini anlamır. Amma Ramal buna fikir vermir, onun boğazını sıxır və Ülviyyə aldığı xəsarətlərdən hadisə yerindəcə həyatını itirir.

Ramal törətdiyi əməldən peşman idi, ona görə də, səhərə qədər hoteldə, hadisənin baş verdiyi otaqda Ülviyyənin cəsədinin yanında qalır.

Səhər açılan kimi polis idarəsinə gedir və könüllü olaraq hüquq-mühafizə əməkdaşlarına təslim olur.

Ətraflı Baku TV süjetində:

20.09.2024 22:54
1645