Məşhur prodüser və müğənni Mədinə Məlik qalmaqallı açıqlaması ilə diqqət çəkib.
Musavat.com baku.ws-ə istinadən bildirir ki, "Elgizlə izlə" verilişinə qonaq olan ifaçı müğənnilərin sponsor adlandırdığı şəxslərin elə onların öz sevgililəri olduğunu vurğulayıb:
"Onun adı sponsor deyil. Biz elə deyəndə verilişin sponsorlarını aşağılamış oluruq. Heç bir müğənni öz sevgilisinin adını sponsor qoymasın. Sevgi verirsiniz, qarşılığında pul alırsınız. Bunu adı budur. Sponsor sözünü ləkələməyin".