Sevda Ələkbərzadə onun məzarını ziyarət etdi - VİDEO

Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin ad günüdür. 

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, Əməkdar artist Sevda Ələkbərzadə mərhum jurnalistin məzarını ziyarət edib.

Müğənni oradan çəkilən videonu instaqram hesabında "Qəhrəmanlar ölmür" qısa şərhi ilə paylaşıb. 

Qeyd edək ki, Çingiz Mustafayev Birinci Qarabağ müharibəsi iştirakçısı olub. O, 1992-ci ilin iyunun 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub. 

29.08.2024 20:57
1386