Səudiyyənin neft hasilatı artsa da ixracı azalıb

Səudiyyə Ərəbistanı 2024-cü ilin iyul ayında iyun ayı ilə müqayisədə neft hasilatını 1,3 faiz artırıb, ixracı isə 5,1 faiz azaldıb.

Musavat.com xəbər verir ki, məlumatı Joint Organization Data Initiative (JODI) saytı yayıb.

Məlumata görə, ixracın həcmi iyunda gündəlik 6,047 milyon barellə müqayisədə sutkada 5,741 milyon barel təşkil edib. Bununla belə, bu, 2023-cü ilin iyul ayı ilə müqayisədə 11,1 faiz azdır.

Səudiyyə Ərəbistanının iyulda neft hasilatı iyunda gündəlik 8,83 milyon barellə müqayisədə 8,941 milyon barel olub. İllik ifadədə isə bu göstərici 0,8 faiz azalıb.

İyulda Venesuelada neft hasilatı əvvəlki aydakı 922 min barellə müqayisədə sutkada 928 min barelə yüksəlib. Bir il əvvəl bu rəqəm 810 min barel idi.

Eyni zamanda, iyulda bu ölkədən xaricə tədarük iyunda qeydə alınan gündəlik 683 min barel və bir il əvvəlki 537 min barellə müqayisədə 525 min barelə qədər azalıb.

JODI-nin ilkin hesablamalarına görə, ABŞ iyulda neft hasilatını iyunla müqayisədə 0,8 faiz artıraraq 13,319 milyon barelə çatdırıb. Eyni zamanda il ərzində bu rəqəm 3 faiz artıb. Ölkənin neft ixracı iyulda iyundakı gündəlik 4,231 milyon barel (1,4 faiz azalma) və 2023-cü ilin iyulundakı 3,835 milyon barellə (8,8 faiz artım) müqayisədə 4,171 milyon barel təşkil edib.

 

Musavat.com

19.09.2024 23:28
210