Səudiyyənin “Neft Fondu” xaricdəki pullarını ölkəyə qaytarır

Səudiyyə Ərəbistanının suveren fondu (Public Investment Fund, PIF) xarici investisiyaların payını təxminən 30 faizdən çox azaltmaq niyyətindədir.

Musavat.com Financial Times-a istinadən xəbər verir ki, PIF rəhbəri Yaser ər-Rumayyan çərşənbə axşamı Ər-Riyadda keçirilən Gələcək İnvestisiya Təşəbbüsü konfransında ilkin olaraq dövlət investisiya fondunun əsas diqqətinin yerli layihələrə yönəldildiyini deyib: “Lakin sonradan xarici sərmayənin payı 2 faizdən 30 faizə qədər artıb, indi bizim məqsədimiz onu 18-20 faizə endirməkdir”.

PIF artıq investisiya şirkəti BlackRock Inc., kruiz operatoru Carnival Corp., eləcə də Live Nation Entertainment Inc əyləncə qrupundakı paylarını satıb.

Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə görə, PIF bu ilin ikinci rübünün sonunda ABŞ-da ticarət olunan səhmlərdəki vəsaitini 2023-cü ilin sonundakı 35 milyard dollardan 20,6 milyard dollara qədər azaldıb.

FT qeyd edir ki, PIF-in aktivləri təxminən 930 milyard dollar təşkil edir və 2030-cu ilə qədər onları 2 trilyon dollara çatdırmağı hədəfləyir.

Musavat.com

29.10.2024 19:26
447