Səudiyyə vəliəhdi: "Mənə sui-qəsd hazırlayırlar" - ŞOK AÇIQLAMA

 “Politico” nəşri yazır ki, ABŞ rəsmiləri ilə şəxsi söhbətində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əbdüləziz Ali-Səud ona qarşı sui-qəsd edilməsinin mümkünlüyündən narahatlığını bildirib.

Nəşrin məlumatına görə, söhbət zamanı Məhəmməd bin Salman bildirib ki, İsraillə münasibətlərin normallaşacağı təqdirdə aqibətinin Ənvər Sadatla (Misirin keçmiş prezidenti) eyni olmasından qorxur.

Səudiyyə vəliəhdi ABŞ rəsmilərinə deyib ki, səudiyyəlilər Yaxın Şərqdəki digər insanlar kimi Fələstin məsələsinə böyük əhəmiyyət verirlər və əgər o, buna həssas yanaşmasa, mövqeyi olduqca zəifləyəcək. (Mehr News)

15.08.2024 11:54
920