Səudiyyə şahzadəsi Blinkeni bütün gecəni gözlədib

ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla Yaxın Şərqdəki vəziyyəti, xüsusən də Fələstin-İsrail münaqişəsini müzakirə etmək üçün bütün gecəni görüş gözləyib.

Musavat.com xəbər verir ki, bu varədə “Vaşinqton Post” qəzeti yazıb.

“Ər-Riyadda Səudiyyə hökmdarı Blinkeni axşam baş tutmalı olan görüş üçün bir neçə saat gözlətdirib, lakin vəliəhd ertəsi səhərə qədər görünməyib”, - materialda deyilir.

Görüş Entoni Blinkenin Yaxın Şərq turnesi çərçivəsində baş tutub. Bu gün onun İsrailə qayıtdığı və yerli baş nazir Benyamin Netanyahu ilə görüşməyə hazırlaşdığı məlum olub.

Musavat.com

16.10.2023 14:21
1302