Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Musavat.com xəbər verir ki, məktubda deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edirəm.
Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və firavanlıq arzulayıram.
Zati-alinizə hörmət və ehtiramla".