Səudiyyə Ərəbistanı neft qiymətini qaldırır

Səudiyyə Ərəbistanı iyun ayında Asiya, Şimal-Qərbi Avropa və Aralıq dənizindən olan alıcılar üçün neftin qiymətini qaldıracaq.

Musavat.com “Saudi Aramco”nun yaydığı məlumata istinadən xəbər verir ki, Asiyaya tədarük edilən əsas marka olan “Arab Light”ın qiyməti bir barel üçün 0,9 dollar artacaq.

Nəticədə, o, Oman və Dubaydan gələn neft səbətindən 2,9 dollar baha olacaq. Şirkət ABŞ-a satdığı neft növləri üzrə cüzi azalmaya gedib.

Musavat.com

06.05.2024 12:26
612