Səudiyyə Ərəbistanı neft hasilatını artıracaq – Nazir

Səudiyyə Ərəbistanı yaxın üç ildə neft hasilat imkanlarını artıracaq.

Musavat.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) çıxışı zamanı bildirib.

O qeyd edib ki, ölkə hasilat həcmini sutkada 13 milyon bareldən 12 milyon barelə endirib: “Bununla belə, 2025-ci ildə hasilatda tədricən, 2027-ci ildə isə bir qədər böyük artım olacaq. 2028-ci ildə hasilat sutkada 12,3 milyon barrel səviyyəsinə qayıdacaq”.

Nazir onu da bildirib ki, Səudiyyə Ərəbistanının neft ixracı imkanlarını artırmaq planları da var.

Qeyd edək ki, bu il yanvarın sonunda Saudi Aramco şirkəti Energetika Nazirliyindən maksimum hasilat gücünü sutkada 12 milyon barel səviyyəsində saxlamaq üçün sifariş aldığını açıqlayıb. Bundan əvvəl Saudi Aramco 2027-ci ilə qədər neft hasilatını sutkada 13 milyon barrelə çatdırmağı planlaşdırırdı.

Musavat.com

07.06.2024 14:25
599