Səudiyyə Ərəbistanı bütün dünyada neftin qiymətini aşağı salıb

Səudiyyə Ərəbistanının dövlət şirkəti “Saudi Aramco” tələbin azalması fonunda dünya üzrə bütün regionlarda fevral ayında tədarük etdiyi “Arab Light” markalı neftin qiymətlərini aşağı salıb.

Verilən məlumata görə, Asiya bazarlarına tədarük üçün qiymət 1 barel üçün 1,5-2 dollaradək ucuzlaşıb.

“Saudi Aramco” həmçinin fevral ayında Şimal-Qərbi Avropa, Aralıq dənizi və Şimali Amerika ölkələri üçün neft tədarükü qiymətlərini aşağı salıb.

08.01.2024 02:42
1062