Səudiyyə Ərəbistanı ABŞ-a satdığı nefti ucuzlaşdırır

Dekabrda Səudiyyə Ərəbistanı Asiya və ABŞ üçün neft qiymətlərini aşağı salacaq, Qərbi Avropa və Aralıq dənizindən olan alıcılar üçün qiymətləri artıracaq.

Musavat.com xəbər verir ki, bu məlumatı ölkənin yeganə neft şirkəti “Saudi Aramco” yayıb.

Asiyaya tədarük edilən neftin əsas növü olan “Arab Light”ın qiyməti 0,5 dollar ucuzlaşacaq. Nəticədə Oman/Dubay neft səbətindən 1,7 dollar baha olacaq.

ABŞ üçün qiymətlər 0,1-0,3 dollar azalacaq, Qərbi Avropa və Aralıq dənizi ölkələri üçün qiymətlər 0,3 dollar artacaq.

Musavat.com

06.11.2024 18:20
234