Səudiyyə Ərəbistanı 30 ildən sonra Ermənistanı tanıdı

Noyabrın 25-də Ermənistanla Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik münasibətlərin qurulması haqqında protokol imzalanıb.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Protokolu Əbu-Dabidə Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan və Səudiyyə Ərəbistanı Krallığının BƏƏ-dəki səfiri Sultan bin Abdulla Əl-Anqar imzalayıblar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanla diplomatic əlaqələrdən imtina etmişdi.

Musavat.com

25.11.2023 20:30
2175