Türkiyənin Dənizli şəhərində sərxoş sürücünün avtomobilindəki “Dogo Argentina” sortu olan it yol polisini dişləyib.
Musavat.com xəbər verir ki, sərxoş halda avtomobil idarə edən sürücü polislər maşını saxladığı zaman avtomobildən düşmək istəməyib. Arada münaqişə yaranan zaman onun iti arxa oturacaqdan önə atılaraq polisi dişləyib. Polis məmuru qolunu itin ağzından xeyli çətinliklə qurtara bilib.
Hadisənin videosu sosial şəbəkələrdə geniş yayılıb:
Musavat.com