Sərxoş halda saxlanılan Castin hakim qarşısına çıxdı

İyunda sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılan və daha sonra zaminə buraxılan Castin Timberleyk video zəng vasitəsilə hakim qarşısına çıxıb.

Qısa məhkəmə prosesi zamanı hakim onun təqsirsizlik iddiasını qəbul edib və Nyu-York ştatında sürücülük hüququnu ləğv edib.

Hazırda Avropada qastrol səfərində olan müğənninin ABŞ-a qayıtması tələb olunmayıb.

Qeyd edək ki, iyunda dayanma nişanının tələbinə əməl etməyən müğənnini polis təqib etməyə başlamışdı. Sənətçi qaçmağa çalışsa da, polislər onu dayandırmışdılar. (Axşam.az)

04.08.2024 17:23
671