Sərxanla birgə 23 yaşlı qardaşı da qazdan boğulubmuş - Ailə faciəsi

Xəbər verdiyimiz kimi, ADA-nın tələbəsi, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənov yaşadığı mənzildə dəm qazından zəhərlənərək vəfat edib.

Sərxanın qardaşı, 2001-ci il təvəllüdlü Əli Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq ölüb.

Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, S.Həsənov 2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub. Prezident təqaüdçüsü ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi idi.\\"Qafqazinfo”

26.01.2024 12:33
798