Şərurda QƏZA - xəsarət alanlar var

Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Musavat.com-un "Report"a istinadən xəbərinə görə, hadisə Naxçıvan-Sədərək avtomobil yolunun Şərur rayonundan keçən hissəsində baş verib.

“Mercedes” markalı 67-BD-662 dövlət nömrə nişanlı avtomobil “KİA” markalı 68-BX-573 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Hər iki avtomobilin sürücüsü və sərnişinlər xəsarət alıblar. Onlar Şərur Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

27.01.2023 20:10
528