“Gələcəkdə direktor və direktor müavini seçimləri zamanı sertifikasiya imtahanlarında yüksək bal toplayan müəllimlərə üstünlük veriləcək”.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov bu gün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, həmçinin məktəblərdə metodist seçimini də gələcəkdə sertifikasiya imtahanlarında uğur qazanmış müəllimlər həyata keçirəcək:
“Müəllimlərin qeyri-maddi mükafatlandırılması, dövlət təltifləri zamanı da sertifikasiyadan uğurla keçən müəllimlərə üstünlük veriləcək”.