Sərnişinlərin NƏZƏRİNƏ: Sentyabrın 30-dan...

Sentyabrın 30-dan "Azərbaycan Dəmir Yolları" QSC payız-qış mövsümü ilə əlaqədar Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarının hərəkət qrafikini yeniləyəcək.

Musavat.com bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, qatar Bakıdan-Qəbələyə yalnız hər həftənin şənbə günü, Qəbələdən Bakıya isə yalnız hər həftənin bazar günü yola düşəcək.

25.09.2023 13:00
1208