Çexiyadan Ukraynaya gedən sərnişin qatarı Pardubitse şəhəri ərazisində yük qatarı ilə toqquşub.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Pardubitse stansiyasının yaxınlığında baş verib.
Məlumata görə, baş verən dəhşətli qəzada 4 nəfər həlak olub, 20-dən çox yaralı var.
Xilasetmə əməliyyatına helikopterlər cəlb olunub.
Qəzanın görüntülərini təqdim edirik:
@@TVmusavat/87703@@
Musavat.com