Sərkisyanla Köçəryan QARŞI-QARŞIYA 

Ermənistanın keçmiş hakim Respublika Partiyası (sədr Serj Sərkisyan) eks-prezident Robert Köçəryanla dərin ziddiyyətlər yarandığı barədə xəbərləri şişirdilmiş adlandırıb. Eyni zamanda, Sərkisyanın partiyası onlar arasında müəyyən ziddiyyətlərin olması faktını təkzib etməyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Serj Sərkisyana yaxın, parlamentdə “Şərəf duyuram” fraksiyasının rəhbəri Ayk Mamicanyan danışıb.

“Sizi əmin edə bilərəm ki, çox şişirdilmiş bu xəbərə görə siyasi proseslərin zərər gördüyü bir hal yoxdur. Mən dərin ziddiyyətlər görmürəm”, - deyə Mamicanyan bildirib.

Onun sözlərinə görə, partiyası təkbaşına hakimiyyətin dəyişməsini təmin edə bilsəydi, bu, çoxdan həyata keçirilərdi. O, Sərkisyanı tənqid edən Köçəryan tərəfdarlarını kimə qarşı mübarizə apardıqlarına qərar verməyə çağırıb.

Qeyd edək ki, hər iki prezidentin tərəfdarları arasında sosial şəbəkədə savaş başlandığı bildirilir.

Musavat.com

23.08.2024 17:37
768