Ermənistanın 3-cü prezidenti, Xocalı qatili Serj Sərkisyan xalqı müharibəyə səsləyib.
Musavat.com xəbər verir ki, bu barədə onun 28 may - Müstəqillik Günü ilə bağlı yazılı müraciətində əks olunub. Sərkisyan bildirib ki, “106 il əvvəl olduğu kimi”, bu gün də milli şüur, tarixi məsuliyyət və fədakar şücaət dövrüdür.
O, “erməni xalqının sədaqətli övladlarının” 1918-ci ilin “may döyüşlərində” qəhrəmanlıqla vuruşaraq, müstəqillik əldə etdiklərini bildirib.
“Dünən də, bu gün də türk zülmü altında təslim olmağa, alçaldıcı şərtlərlə sülh dilənməyə, acınacaqlı bir mövcudluğa çağıranlar bütöv milli hüquq, mənafe və təhlükələri dərk etməyə, reallığın gözünə baxmağa və hərəkət etməyə cəsarət etməmişlər və etmirlər.
Tarix şahiddir: zəfər layiq olanlara verilir və bu gün, may qəhrəmanlıq döyüşlərindən bir əsrdən artıq vaxt keçdikdən sonra hər birimizin seçimi qələbəyə layiq olmaq və ya lənətə gəlməkdir.
Əminəm ki, dövlət və kilsə öz missiyasına sadiq qalacaq və bu taleyüklü günlərdə Sərdarapatın rəmzi zəngləri həqiqətin və ləyaqətin qələbəsinin əlaməti olaraq çalınacaq”.
Qeyd edək ki, 1918-ci ildəki “erməni qəhrəmanlıqları” silahsız azərbaycanlılara qarşı qətliamlar törətmək, indiki Ermənistan ərazisində - Qərbi Azərbaycanla yüzminlərlə insanı öldürmək, yurdundan qovmaq, Bakı da daxil olmaqla, Azərbaycanın müxtəlif ərazilərində soyqırımlar törətmək olub.
Erməni terrorçuları yalnız AXC-nin yeni yaranan ordusu darmadağın edib. Sərkisyan isə yenə yalançı tarixə sığınaraq, yenə xalqı döyüşməyə və qətliamlara səsləyir.
Ermənistanda polis isə ümumerməni katolikosu II Qareginin Sərdarapat memorial kompleksinə daxil olmasına mane olmağa çalışıb. Yayılan yeni görüntülərdə erməni din xadimlərinin katolikosla birlikdə necə keçməyə çalışdıqları görünür, lakin polis tərəfindən onların qarşısı alınıb. Qeyd olunub ki, bu, müstəqil Ermənistanın tarixində ilk dəfədir ki, baş verir.
Ermənistan prezidenti Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyan Sərdarapat memorial kompleksinə gəliblər.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə gündəmi dəyərləndirir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: