"Sərhədsiz Reportyorlar” yenə həddini aşdı

“Sərhədsiz Reportyorlar” 2024-ci il üçün mətbuat azadlığı indeksini açıqlayıb. 180 ölkənin daxil olduğu hesabatda Azərbaycan 164-cü yerdə göstərilir. Hesabatda, ən azad mətbuat Norveç, ondan sonra Danimarka, İsveç, Hollandiya və Finlandiya gəlir.

SSRİ ölkələrindən və regional qonşulardan:  Estoniya- 6-cı,  Latviya - 12-ci, Litva - 13-cü Moldova - 31-ci, Ermənistan - 43-cü,  Ukrayna -61, Gürcüstan -103,   Qırğızıstan -120,  Qazaxıstan -142,  Özbəkistan -148,  Tacikistan -155,  Türkiyə -158,  Rusiya-162,  Azərbaycan -164,  Belarus -167,  Türkmənistan -175,  İran -176, ABŞ 55-ci, Fransa 21-ci,  Yunanıstan 88-ci yerdədir.
Göründüyü kimi, Ermənistan yenə də siyahıda öndədir.

Qeyd edək ki, bu  təşkilat 2013-cü ildən bəri Azərbaycanda media azadlığının vəziyyətinə dair hər il qərəzli mövqeyini davam etdirir. Onların yazdığına görə, Azərbaycan 2013-cü ildə 156-cı, 2014-cü ildə 160-cı, 2015-də 162-ci, 2016-da 163-cü, 2019-da 166-cı, 2020-ci ildə isə 168-ci yerdə göstərilib.

Bu təşkilatın sifariş əsasında xidmət göstərdiyi bildirilir. Sifariş verənlər də anti-Azərbaycan beynəlxalq siyasi dairələr, dünyadakı erməni diasporu, erməni lobbisi, islamafob qüvvələrdir. Onların ayırdığı maliyyə dəstəyi ilə Azərbaycan hədəf seçilir.

Afaq Mirayiq,
Musavat.com

01.08.2024 19:32
1571