Sərhədsiz Həkimlər humanitar təşkilatı (Sərhədsiz Həkimlər, MSF) Rusiyadakı fəaliyyətini dayandırır.
Musavat.com xəbər verir ki, bu barədə məlumat qurumun saytında dərc olunub.
Məlumatda qeyd olunur ki, Sərhədsiz Həkimlər Rusiyada fəaliyyətə başladıqdan 32 il sonra onu dayandırmaq məcburiyyətində qalıb. MSF bildirir ki, avqust ayında Rusiya Ədliyyə Nazirliyindən təşkilatı xarici QHT-lərin filial və nümayəndəliklərinin reyestrindən çıxarmaq qərarı ilə məktub alıb: “MSF 1992-ci ildən Rusiyada fəaliyyət göstərirdi. Biz ölkənin müxtəlif regionlarında, o cümlədən Moskva, Sankt-Peterburq, Kemerovo vilayəti, Çeçenistan, İnquşetiya, Dağıstanda işləmişik, bu yaxınlarda isə Arxangelsk və İvanovo vilayətlərində, həmçinin Rusiyanın cənubunda Belqorod və Rostov-na-Donuda işləmişik”.
Musavat.com