Sərhədimizdə QIRĞIN! Müdafiə naziri orduya ƏMR VERDİ - Suriyaya girirlər, İrana HÜCUM HAZIRLIĞI başladı

İsrail müdafiə naziri İsrael Katz qoşunlara qış aylarında Hermon dağının Suriya tərəfində qalmağa hazırlaşmağı əmr edib. Müdafiə naziri bunun İsrailin təhlükəsizliyi üçün zəruri olduğunu bildirib.

“Suriyada baş verənlərə görə, Hermon dağını tutmağımızın böyük təhlükəsizlik əhəmiyyəti var. İsrail Müdafiə Qüvvələrinin bölgədə hazırlıqlarını təmin etmək, çətin hava şəraitində qoşunların orada qalmasına imkan vermək üçün hər şey edilməlidir”, - Katz belə vurğulayıb.

Katz bu qərarı İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi və digər yüksək səviyyəli zabitlərlə keçirdiyi toplantı zamanı verib.

Suriyada Əsədin devrilməsindən sonra İran ətrafında halqa daha da daralıb. Tehrana bağlı HƏMAS-ı sıradan çıxaran, daha sonra Livanda "Hizbullah"ı böyük ölçüdə neytrallaşdıran İsrail Əsədin devrilməsi ilə İrana hərbi müdaxilə ssenarisinə daha bir addım yaxınlaşdı. Çünki Suriyada məğlubiyyətlə üzləşən İranın "Hizbullah"la quru əlaqəsinin təhlükəyə düşməsi bölgədə təsir imkanlarını zəiflədir.

İsrail mediasının gündəmə gətirdiyi iddia baş verənlər fonunda diqqət çəkir.
İddiaya görə, İsrail Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşır. Bu iddia adının açıqlanmasını istəməyən israilli hərbçilərə istinadən irəli sürülüb. İsrailin hərbi rəsmiləri bildirir ki, İranın nüvə obyektlərinə hücum hazırlığına artıq start verilib. İsrail ordusu "Hizbullah"ın zəifləməsi və Əsədin devrilməsindən sonra Suriya hava müdafiə sistemlərinin əksəriyyətinin sıradan çıxmasını fürsət olaraq görür.

Əsədin devrilməsindən dərhal sonra Suriyaya hücum edən İsrail 48 saat ərzində bu ölkənin hava hücumundan müdafiə sistemlərinin 85 faizini, raket sistemlərinin isə 90 faizini sıradan çıxardı. Bu, İrana hücumda İsrailin önünü açan amildir. Hərçənd, hücumun zamanı bəlli deyil.

İsrail ötən ay İrana hücumu zamanı ABŞ-ın istəyi ilə nüvə obyektlərinə zərbələr endirməkdən çəkindi. Lakin Ağ Evdə Trampın hakimiyyəti başladıqdan sonra bu hücumun reallaşdırılacağı ehtimalları güclüdür. Tramp da İranla müharibəni istisna etməyib.

Baş verənlər Azərbaycan sərhədlərinə yaxın bölgədə qlobal müharibənin başlaya biləcəyi risklərini artırır. Mümkün müharibə ssenarisində Azərbycanın üzləşə biləcəyi əsas problem İrandan qaçqın axını ola bilər.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

13.12.2024 13:59
3296