Ermənistan-Türkiyə sərhədində Ermənistan və Türkiyə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın sayca 5-ci görüşü keçirilir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
Xatırladaq ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı xüsusi nümayəndələrin əvvəlki görüş 2 il əvvəl – 2022-ci il iyulun 1-də Vyanada baş tutub.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.45-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.