Sərhəddə gərginlik: Ermənistan Azərbaycan mövqelərini atəşə tutdu!

Azərbaycan mövqeləri atəşə tutulub. 

Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

"Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub", - Məlumatda qeyd olunur.  

 

Musavat.com

17.03.2025 22:41
1488