Sergiyev Posaddakı partlayış nəticəsində bir qadın ölüb

Sergiyev Posadda baş verən partlayışda yaralanan 45 yaşlı qadın xəstəxanada ölüb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki,  o, bədəninin 100%-nin yanıqları ilə reanimasiyaya yerləşdirilmişdi.

Qadının cəmi iki gün əvvəl müəssisəyə işə düzəldiyi məlum olub. "Onun orada nəçi işlədiyini soruşmağa belə vaxtım olmadı", - mərhumun oğu jurnalistlərə deyib. O, həmçinin bildirib ki, anası “əvvəllər çörək sexində çörəkçi olub, indi isə Pyro-Rossa köçüb”.

Həkimlər indi ağır xəsarətlər almış daha dörd xəstənin həyatı üçün mübarizə aparırlar.

Musavat.com

 

10.08.2023 12:25
395