“Yaxın Şərqdə atəşkəsin təmin olunması üçün təcili tədbirlər görmək lazımdır”.
“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, İsraillə Fələstin arasında danışıqlara qayıtmaq lazımdır: “Atəşkəsdən sonra danışıqların bərpasına ehtiyac var”.
Xatırladaq ki, daha əvvəl rəsmi Tehran və rəsmi Ankara da İsraillə HƏMAS arasındakı müharibənin genişlənə biləcəyi barədə xəbərdarlıq etmişdilər.
Qeyd edək ki, oktyabrın 7-də Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini və ölkəsinin qalib gələcəyi bildirib.