Sergey Lavrov: "Rusiya Ukrayna ilə danışıqlardan imtina etməyib"

"Rusiya Ukrayna ilə danışıqlardan imtina etməyib".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, danışıqların baş tutmamasına görə Qərb ölkələrini ittiham edib: “Hamı bilir ki, bütün hərbi əməliyyatlar danışıqlar masasında başa çatır. Amma, görünür, Qərb ölkələri mart ayından sonra Kiyevə bizimlə danışıqlar aparmağı qadağan ediblər”.

26.07.2022 19:21
298