Serdar Ortaçın "Karabiberim" klipi ilə məşhurlaşmışdı: Görün indi nə haldadır - FOTO

"Karabibərim" mahnısının klipində Serdar Ortaçın qarnından zeytun yediyi qaraşın gözəl İlknur Soydaş evləndikdən sonra ictimaiyyətdən uzaq bir həyat sürməyə üstünlük verib.

İş adamı Cem Pole ilə həyatını birləşdirdikdən sonra ekranlardan uzaqlaşan 46 yaşlı İlknur Soydaşın indiki halını görənlər heyrətlərini gizlədə bilməyiblər. İllər sonra ortaya çıxan İlknur Soydaş gözəlliyi ilə illərə meydan oxuyur.

Sosial mediada gündəlik həyatını paylaşan İlknur Soydaş minlərlə bəyənmə və şərhlər alır.

90-cı illərdə Serdar Ortaçın "Karabibərim" mahnısının klipində oynayaraq məşhurlaşan İlknur Soydaşın 46 yaşı olsa da, formasını itirməyib.

Adının Karabibər olmasından narahat olduğunu bildirən Soydaş, "Mən "Karabibərəm" mahnısının klipi ilə var olmamışam" deyib:

"Bir çox serial və filmlərdə rol almışam. Amma mənə həmişə Karabibər deyirlər. Rəsmən üzərimə yapışdırdılar bu adı. Yanlış başa düşməyin, "Karabibərəm" klipi məni narahat etmir, amma başqa layihələrim də çoxdur... Yeri gəlmişkən, çəkilişlər üçün çox darıxıram".//Publika.az

22.07.2023 01:32
3319