Serbiyalı professor: Fransa Yeni Kaledoniyada etirazçılara həddindən artıq güc tətbiq edib

İnsan Hüquqları Komitəsinin üzvü serbiyalı professor Tijana Šurlan-ın Fransadakı insan hüquqlarının vəziyyəti ilə əlaqədar tənqid edib.

“Report”un məlumatına görə, İnsan Hüquqları Komitəsinin 142-ci sessiyası çərçivəsində çıxış edən professor Fransa nümayəndələrinə 2024-cü ilin mayında Yeni Kaledoniyada başlayan iğtişaşlar zamanı etirazçılara həddindən artıq güc tətbiqi nəticəsində alınan xəsarətlərlə bağlı sual edib:

“İntizam və cinayət işləri üzrə yekunlaşdırılmış prosedurlar, məhkəmə qərarları, ittihamlar və səlahiyyətlərindən sui-istifadə edən hüquq-mühafizə orqanlarının əməkdaşlarına tətbiq olunan cəzalar barədə vaxtında və dəqiq məlumat vermək, sistemə inamı bərpa etmək üçün vacib olardı”.

O qeyd edib ki, yeni apellyasiya hüququnun tam şəkildə tətbiqinə maneələr mövcuddur və bu da onun müsbət nəticələr verməsinə əngəl törədir.

“Cəzaçəkmə müəssisələrinin həm Fransada, həm də dənizaşırı ərazilərdə həddindən artıq dolu olması və qeyri-insani saxlanma şəraiti ilə bağlı narahatlıqlar hələ də var. 2021-ci ildə saxlanma şəraitinin qeyri-insani olduğunu vurğulanmışdı. Buna görə də dövlətin məhbuslarla bağlı məlumatlarını necə çatdırdığını öyrənmək istərdik”.

30.10.2024 17:50
168