Serbiya prezidenti Aleksandar Vuçiç xəstəxanaya yerləşdirilib.
APA gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə B92 portalı müstəqil mənbəyə istinadən məlumat yayıb.
Serb liderinin xəstəxanaya yerləşdirilmə səbəbi açıqlanmır. Bu barədə rəsmi açıqlama olmayıb.
59 yaşlı prezidentin 2019-cu ildə ürək-damar xəstəliyindən xəstəxanada yatdığı vurğulanır.