Sərbəst buraxılan türk fenomen ədliyyədən qaçaraq çıxdı - VİDEO

Türkiyədə əlində silah tutduğu görüntülərin olduğu video paylaşdığı üçün saxlanılan sosial media fenomeni Banu Parlak sərbəst buraxılıb.

Məhkəmə prokurorluğun araşdırması nəticəsində fenomenin sərbəst buraxılmasını qərara alıb. Sososial mediada Parlakın azadlığa çıxdıqdan sonra ədliyyə binasından qaçaraq uzaqlaşdığı görüntülər yayılıb.

Qeyd edək ki, fenomen əlində silah tutduğu görüntülərdə "Maşın, ev kimi yox, belə maraqlarım var. Nə etmək olar? Bu günü çoxdan gözləyirdim. Yeri gəlmişkən, lisenziyası var. Mən heç kimi silahdan istifadə etməyə təşviq etmirəm" deyə, bildirib. Bir çox gözəllik mərkəzi olan Parlakın əslində silah gəzdirmək üçün lisenziyasının olmadığı açıqlayıb.

Xatırladaq ki, daha əvvəl sosial media fenomeni Dilan Polat, bacısı Sıla Doğu, həyat yoldaşı Engin Polat və onun qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də eyni ittihamlar səbəbi ilə saxlanılıb.

Dilanla Enginin əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulmuşdu. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilmişdi. Eyni zamanda, bir çox gözəllik mərkəzi olan Dilan və Enginin vergi borcları olduğu bildirilir. Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.

Həmçinin, daha sonra çirkli pulların yuyulmasında təqsirli bilinən fenomenlər Bahar və Nihal Candan bacıları da nəzarətə alınıb.//Axşam.az

23.11.2023 20:37
1224