Ermənistanın keçmiş ədliyyə naziri Gevorq Danielyan yerli İT mütəxəssislərinə müraciət edərək Qarabağda separatçı rejimin zamanında fəaliyyət göstərən saytların bərpasını və məlumatların etibarlı mediaya ötürülməsini xahiş edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, feysbuk hesabında paylaşım edib.
“Arxiv materiallarının düşmən əlinə keçməməsi üçün onlar məhv edilib. Üstəlik, söhbət hətta sosial şəbəkələrdə belə olmayan hüquqi aktlardan gedir. Mövcud rəsmi saytlar Azərbaycan hakimiyyəti tərəfindən bir neçə saat ərzində bağlanıb. Bu materiallar son dərəcə mühümdür və əhəmiyyəti əvəzsizdir. Həmin sənədlərin mənbələrinin tamamilə məhv edilməsinə yol vermək olmaz”, - deyə keçmiş nazir yazıb.
Qeyd edək ki, bu paylaşım bizim yerli ekspertlər üçün əslində bir siqnal olmalıdır.
Musavat.com