SEPAH: Nəsrullahın şəhadət ehtimalı yüksəkdir

 

Musavat.com Seyid Həsən Nəsrullahın İsrail ordusu tərəfindən qətlə yetirilməsi ilə bağlı müəmmalı durum davam edir.

İsrail qaynaqları Nəsrullahın öldürüldüyünü, İran qaynaqlarının bəziləri isə onun sağ olduğunu bildirirlər.

Musavat.com SEPAH-ın farsca məlumat yayan teleqram kanalına istinadən xəbər verir ki, son yayımında kanal Həsən Nəsrullahın ölə biləcəyi fikrini önə sürüb.

Kanalda qeyd olunur:

“Sionist rejimin dünən gecəki hücumdan sonra Dahiyənin digər bölgələrinə hücumlarını davam etdirməsi onların Seyidin şəhadətinə əmin olmadıqlarını göstərir. Ola bilsin ki, Seyid ölməyib, yaralanıb  və onu təhlükəsiz yerə aparana qədər səhhəti ilə bağlı məlumat açıqlamayıblar. Bu proses bir neçə gün çəkə bilər, amma ümumilikdə Seyidin şəhid olma ehtimalı çox yüksəkdir”.

 

Musavat.com

28.09.2024 13:20
739