İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH ) körfəzdə beynəlxalq ticarət gəmisini zorla ələ keçirib.
APA xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının sözçüsü Tim Havkins bildirib. “Gəminin qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olduğu ehtimalı var”,- sözçü qeyd edib.
O ABŞ HDQ-nin vəziyyəti izlədiyini və əlavə cavab verməmək qərarına gəldiyini bildirib.
Xatırladaq ki, ABŞ HDQ dünən bəyanat yayaraq İranın Körfəzdə iki neft tankerini ələ keçirməyə cəhd etdiyini bildirib.