ABŞ-ın İrana qarşı təhdidlərinin heç biri cavabsız qalmayacaq.
Musavat.com “Tasnim”a istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami deyib.
Onun sözlərinə görə, ölkəsi müharibəyə can atmır:
"Heç bir təhlükənin cavabsız qalmasına imkan verməyəcəyik. Biz müharibə axtarmırıq, amma müharibədən də qorxmuruq".
Xatırladaq ki, yanvarın 27-də Suriya-İordaniya sərhədindəki Əl-Tanf bölgəsində Qərb koalisiyasının hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçi həlak olub, 40-ı yaralanıb.
Birləşmiş Ştatlar İranı insidentdə əli olmaqda ittiham edərək, sərt cavab verəcəyini vəd edib.
Musavat.com