İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) İranın 6 vilayətində ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq məqsədi daşıyan fəaliyyətlər planlaşdıran 12 İsrail agentindən ibarət şəbəkə aşkarlayıb.
Musavat.com Tasnim agentliyinə istinadən xəbər verir bu barədə SEPAH-ın yaydığı açıqlamada məlumat yer alıb.
SEPAH iddia edir ki, İsrail hakimiyyəti münaqişəni İrana da yaymağa çalışır və ölkə daxilində vəziyyəti pozmaq üçün tədbirlər görməyi planlaşdırır.
Musavat.com