İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Damğan şəhəri yaxınlığındakı hazırlıq və dəstək mərkəzində partlayış olub.
Musavat.com xəbər verir ki, bu barədə SEPAH-ın Damğan Korpusu məlumat yayıb.
Məlumatda bu gün axşam saatlarında SEPAH-ın Damğan şəhərindən kənarda yerləşən korpuslarından birində qəza nəticəsində döyüş sursatlarının daşınması zamanı partlayış baş verdiyi bildirilir.
Qəzanın səbəbləri araşdırılır.
Musavat.com