SEPAH-ın keçmiş komandiri İsrailin İrana mümkün hücumu haqda danışdı

SEPAH-ın keçmiş komandiri İsrailin İrana mümkün hücumu haqda danışıb. 

Musavat.com xəbər verir ki, bu barədə Azad İran telegram kanalı məlumat yayıb. 

Məhəmmədəli Cəfəri jurnalistlərin sualını cavablandıraraq deyib: "İsrail “cavab verdim” demək üçün kiçik və məhdud hücuma keçə bilər. Amma "Sadeq vəd-2" zərbəsinə qarşılıq bir hücum qətiyyən mümkün deyil".

"Bizim cavabımız düşmənin hücumunun intensivliyindən asılıdır"- o, İsrailin mümkün hücumuna Tehranın reaksiyası barədə deyib.

 

Musavat.com

23.10.2024 03:08
852