Sosial şəbəkələrdə SEPAH-ın Qüds qanadının komandanının əməliyyat üzrə müavini general Abbas Nilfuruşanın öldürülməsi ilə bağlı paylaşımlar edilir.
Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin dünən Beyrutun Dahiya bölgəsinə endirdiyi hava zərbələrindən sonra SEPAH generalının ölümü ilə bağlı məlumatlar yayılıb.
SEPAH zabitinin ölüm xəbəri hələlik rəsmi şəkildə təsdiqini tapmayıb.
Musavat.com