“ABŞ Azərbaycan və Ermənistan arasında müharibə təhlükəsi olduğunu açıqlayıb”.
Musavat.com xəbər verir ki, bu barədə SEPAH-ın rusdilli “Teleqram” kanalında bildirilib.
“Amerika: Azərbaycan və Ermənistan arasında müharibə təhlükəsi var” , - deyə paylaşımda qeyd edilib.
Qərəzli paylaşımda bildirilib ki, ABŞ kəşfiyyatının son hesabatında deyilir ki, atəşkəs mexanizminin olmaması və Bakının hərbi təzyiqdən istifadə etmək istəyi Ermənistanla münaqişə riskini artırır.
Musavat.com