SEPAH-dan İsraillə bağlı SON DƏQİQƏ açıqlaması - Cavab tədbirləri...

İsrailə qarşı cavab tədbirləri gecikə bilər.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi general Əliməhəmməd Naini brifinqdə bildirib.

Onun sözlərinə görə, Yaxın Şərq HƏMAS lideri İsmayıl Haniyənin iyulun 31-də Tehranda öldürülməsinə cavab gözləyir.

Naini vurğulayıb ki, vaxt İranın tərəfindədir və cavab vermə müddəti uzun çəkə bilər.

O həmçinin qeyd edib ki, düşmən yaxşı hazırlanmış və dəqiq cavab gözləməlidir. Onun sözlərinə görə, İran rəhbərliyi vəziyyəti diqqətlə ölçür və cavab əvvəlki əməliyyatlardan fərqli ola bilər.

Musavat.com

21.08.2024 10:36
677