İran İslam İnqilabı Keşikçiləri Korpusu(SEPAH) növbəti absurd iddia ilə çıxış edib: Guya son iki ildə İsraildən Bakıya göndərilən bütün silahlar Qəzzada vəziyyət gərginləşəndən sonra İsrailə qayıdıb.
Musavat.com xəbər verir ki, bu iddia İslam İnqilabı Keşikçiləri Korpusunun sosial şəbəkələrdə dərc olunan mesajında əksini tapıb: “Bu, işğal olunmuş Fələstində İsraillə münaqişənin müsbət nəticələrindən biridir. Güman edilirdi ki, bu silahlar İranın şimal-qərb sərhəddində regionda sabitliyi pozmaq üçün istifadə olunacaq”.
SEPAH bu iddia ilə həm də Azərbaycanın Qəzza bölgəsindəki hərbi əməliyyatda İsrailə dəstək verdiyinə dair təsəvvür formalaşdırmağa çalışır ki, bu da Türkiyə ilə Azərbaycanın arasında münaqişə yaratmağa hesablanmış addımdır.
Musavat.com