SEPAH-a məxsus obyektdə PARTLAYIŞ: Ölən və yaralananlar var

Dünən Tehranın şərqində SEPAH-a məxsus hərbi obyektlərdən birində yanğın, daha sonra isə partlayış baş verib.

Musavat.com telegram kanallarına istinadən xəbər verir ki, hadisə nəticəsində SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin zabiti ölüb, daha 10 nəfər yaralanıb.

Qeyd olunub ki, yaralılardan dördü ambulator müalicə alıb, 6-sı isə xəstəxanaya yerləşdirilib.

Yanğının və partlayışın səbəbi haqqında məlumat verilmir.

Musavat.com

07.03.2025 14:02
387